AZ

"İndi hamı sadəcə gözləyir ki, nə vaxt dağıntı baş verəcək"

İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi komandanın hazırkı durumu ilə bağlı narahatlığını ifadə edib.

Sportinfo.az xəbər verir ki, BBC-yə danışan veteran futbolçu, “qırmızı şeytanlar”da baş verənlərdən narazılığını gizlətməyib:

“Heç bir ümidverici işartı görmürəm. Klub böyük dəyişikliklərə ehtiyac duyur.

Əlimizdən gələni etməliyik ki, “Mançester Yunayted” geri dönsün. Klubun mədəniyyəti itib.

İndi hamı sadəcə gözləyir ki, nə vaxt dağıntı baş verəcək. Mənim gördüyüm şey, “Mançester Yunayted” deyil”.

Runi bu açıqlamanı komanda Ruben Amorimin rəhbərliyi altında “Brentford”a 1:3 hesabı ilə uduzduğu Premyer Liqa oyunundan sonra verib.

“Qırmızı şeytanlar” 6 turdan sonra cəmi 7 xal toplayaraq, turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Seçilən
10
sportinfo.az

1Mənbələr