AZ

Ronaldo ilə Messini müqayisə etdi: "Bu, inanılmazdır, anormaldır"

“Barselona”nın idman direktoru Deku Kriştiano Ronaldo ilə Lionel Messini müqayisə edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hər iki futbolçunun həm oxşar, həm də fərqli cəhətlərini açıqlayıb:

“Onların fərqli xasiyyətləri var, lakin hər ikisi dahidir. Onlar 15 ildən çox vaxtı ən yüksək səviyyədə keçiriblər, bu, inanılmazdır, anormaldır.

Təkcə futbolda deyil, ümumilikdə idmanda çox nadir haldır. Hər ikisində heç kimin müqayisə oluna bilməyəcəyi möhkəmlik var. Bu, onların oxşarlığıdır”.

Sabiq yarımmüdafiəçi Portuqaliya millisində Ronaldo ilə, 2004/05 mövsümündə isə “Barselona”da Messi ilə oynayıb. Ronaldo hazırda “Əl-Nəsr”də, Messi isə “İnter Mayami”də çıxış edir.

Seçilən
7
sportinfo.az

1Mənbələr