AZ

İstanbul boğazı hər iki istiqamətdə bağlandı

Rusiyaya gedən gəmidə yaranmış nasazlıq səbəbindən istanbul boğazı hər iki istiqamətdə müvəqqəti olaraq bağlanıb.

Aktual.az  xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Qeyd edilib ki, Bandırma limanından Rusiyaya gedən 98 metrlik yük gəmisinin mühərriki sıradan çıxıb.

Hadisə Umuryeri bölgəsində, Qara dənizə çıxış zonasından 8 km məsafədə baş verib. Sahil Mühafizə Xidməti gəminin çıxarılması üçün kater və yedək gəmiləri göndərib. Gəmi tranzit marşrutundan çıxarıldıqdan sonra boğazda hərəkət bərpa olunacaq.

Seçilən
8
6
ulusum.az

8Mənbələr