AZ

Bunu İlham Əliyevə ilk dəfə Tramp dedi

Bu dövrdə biz yalnız ölkə daxilində deyil, dünyada və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərlə də yaxından məşğul olmalı, seçicilərimizin bizə ünvanladığı təkliflərin qanunvericilik təşəbbüsü şəklində qanunlara çevrilməsinə çalışmalıyıq.
BUTA.TVGlobalinfo.az-a istinadla xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. Deputat Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışının xüsusi qeyd edilməli olduğunu söyləyib: “Bildiyiniz kimi, Prezident bundan əvvəl də müxtəlif illərdə BMT tribunasından bir sıra mühüm məsələləri qaldırmışdı. Bu sessiyanın özəlliyi ondadır ki, BMT-yə üzv dövlətlərin əksəriyyəti bu dəfə Prezidentimizin illər öncə söylədiyi fikirləri bir daha təsdiqlədilər. Dövlət başçısı dəfələrlə qeyd etmişdi ki, BMT və beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar icra olunmalıdır, əks halda onların nüfuzu zəifləyir. Həyat göstərdi ki, Azərbaycan Prezidenti nə qədər haqlı idi. Çünki bu gün də beynəlxalq təşkilatlarda ikili standartların tətbiqi müşahidə olunur. Ən əsası, Prezident dünyada beynəlxalq hüququn təməl prinsipi olan dövlətlərin ərazi bütövlüyü məsələsini daim önə çəkib. Millətlərin öz müqəddəratını təyin etməsi prosesi artıq tarixdə başa çatdı. İkinci Dünya müharibəsindən sonra bütün xalqlar öz taleyini müəyyən etdi. Məhz buna görə də hazırda əsas prinsip dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığıdır.

Son 30 ildə ABŞ prezidentləri və digər aparıcı dövlətlərin rəhbərləri Qarabağda keçirilən seçkilərə münasibətdə ziddiyyətli mövqelər nümayiş etdiriblər. Əgər onlara sərf edirdisə, “demokratikdir”, sərf etmirdisə, “qeyri-demokratikdir” deyirdilər. İlk dəfə olaraq ABŞ Prezidenti Donald Tramp Azərbaycanın dövlət başçısına ünvanladığı məktubda tam ədalətli şəkildə bəyan etdi ki, siz xalqınız tərəfindən seçilmiş liderinizsiniz”.

Seçilən
14
4
buta.tv

5Mənbələr