AZ

Türkiyədən vida mərasiminə gəldilər - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov ötən gün dünyasını dəyişib.  "Bakuinfo" xəbər verir ki, mərhumla vida mərasimi Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində keçirilir.  Vida mərasiminə qatılanlar arasında mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyev və həyat yoldaşı Safurə Əliyeva da yer alıb. Türkiyədə yaşayan cütlük vida mərasiminə qatılmaq üçün İstanbuldan Bakıya gəliblər.  Qeyd edək ki, C.İmanovun nəşi hazırda Cümə məscidinə aparılıb. Onun cənazəsi bir azdan mərkəzə gətiriləcək. C.İmanov ötən gün infraktdan vəfat edib. Mərhum Qurt qəbiristanlığında dəfn olunacaq. (Axşam.az)

Seçilən
17
7
bakuinfo.net

10Mənbələr