AZ

Azərbaycanın beynəlxalq əhəmiyyətli idman tədbirlərinə böyük məsuliyyətlə yanaşır- ÖZƏL

"Getdikcə dövlətlərin çoxu digər dövlətlərlə rəqabət aparmaq məqsədilə idmana böyük məbləğdə kapital yatırırlar. Çünki idman siyasətinin beynəlxalq uğurlara təsir göstərdiyi faktı danılmazdır. Azərbaycanın bu sahədə başlıca uğurunu müəyyən edən amil odur ki, biz beynəlxalq əhəmiyyətli idman tədbirlərinə hər zaman böyük məsuliyyətlə yanaşmışıq". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov deyib: "Millətlər arasında rəqabət həmişə idman yarışlarının, tədbirlərinin əsas xüsusiyyəti olsa da keçirilən tədbirlər zamanı xalqların sülh və mehriban şəraitdə yaşaması şüarını əsas tutaraq, məhz bu amillərin carçısı olmuşuq.  İstər orta səviyyəli, istərsə də irihəcmli idman növlərində idmançıların rəqabət üstünlüklərinin sağlam əsaslarda təmin edilməsi üçün kənar faktorların təsirlərini minimallaşdırmağa xüsusi həssaslıqla yanaşılıb. Məhz bu məsələ cənab Prezident İlham Əliyevin önəm verdiyi ən başlıca amillərdən biri olub. Çünki tədbirin evsahibliyini edən dövlətin, ölkənin və xalqın sadəcə idmana deyil, həyata və dünyaya baxışı bu amillə birbaşa bağlıdır. Beynəlxalq idman yarışlarında davamlı yüksələn standartları tətbiq etmişik. İdmançıların və ya komandanın uğurunun təmin edilməsi üçün performans qabiliyyətindən və bütün müvafiq resurslardan istifadə üçün geniş meydan və şərait yaratmışıq.
Bəzi xalqlar idman siyasətinə yüksək səviyyəli sərmayə qoyulması nəticəsində beynəlxalq aləmdə uğur qazandılar. Bəzi dövlətlər isə bu məsələdə uğurlu, bəziləri uğursuz olsa da əsas amil siyasətçinin idman siyasətini düzgün prioritetləşdirməsindən asılıdır. Azərbaycanın bu sahədə uğurunu təmin edən əsas amil odur ki, Azərbaycan Prezidenti İlham Əliyev idman sahəsinə sistemli və kompleks yanaşma tətbiq etməyi bacarmışdır. Məhz dövlətimizin başçısının yorulmaz səyləri nəticəsində ölkəmiz beynəlxalq idman ailəsinin sevilən, etimad göstərilən, təcrübəsinə müraciət edilən üzvünə çevrilmişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
2
olaylar.az

3Mənbələr