AZ

BP: Səngəçal terminalı ən uğurlu layihələrindən biridir

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Səngəçal terminalı BP şirkətinin ən uğurlu layihələrindən biridir.

“APA-Economics” xəbər verir ki, bunu II Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) ikinci günü çıxışı zamanı BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə hasilat üzrə birinci vitse-prezidenti Stüart Şou bildirib.

Onun sözlərinə görə, bu infrastruktur vasitəsilə Xəzərin Azərbaycan sektorunda hasil olunan neft və qaz dünya bazarlarına nəql olunur.

Stüart Şou onu da əlavə edib ki, hazırda terminalın elektrikləşdirilməsi layihəsi həyata keçirilir. Bununla yanaşı, BP-nin iştirakı ilə azad olunmuş ərazilərdə Günəş Elektrik Stansiyasının tikintisi də aparılır. Bu layihələr öz növbəsində ölkədə yaşıl enerjinin inkişafına və atmosferə emissiyaların azalmasına töhfə verəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
2
apa.az

3Mənbələr