AZ

“Şeytan” ləqəbli general ölkəsindən qaçıb

Reyting.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Əlcəzair kəşfiyyatının keçmiş rəhbəri general-mayor Abdelkader Haddad ölümdən qorxaraq sürətli qayıqla İspaniyaya qaçıb. Reyting.az xəbər verir ki, “Şeytan” ləqəbli general məhkəməyə gəlməzdən əvvəl edam ediləcəyini bildirib. Qaçış paytaxtda fövqəladə təhlükəsizlik tədbirlərinə səbəb olub və orduda hakimiyyət uğrunda mübarizəni üzə çıxarıb. General bir ilə yaxın ölkənin ən nüfuzlu kəşfiyyat orqanı olan Baş Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində çalışıb.May ayında qeyri-müəyyən səbəblərdən işdən çıxarıldıqdan sonra o, əvvəlcə hərbi həbsxanaya göndərilib, sonra paytaxt Əlcəzairin dəbdəbəli məhəlləsində ev dustağı edilib.Haddad sentyabrın 19-da səhər tezdən hərbi polisdən qaça bilib və sürətli qayıqla Aralıq dənizini keçərək İspaniyaya gedib.İspaniyanın cənubunda mülk sahibi olan Haddad yaxın ətrafına “Hətta hakim qarşısına çıxana qədər öldürüləcəyimi və ölümümün intihar elan ediləcəyini bilirəm”,- deyib.ELÇİN

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
1
reyting.az

2Mənbələr