AZ

"Xəstəxanada qalmaq otel qiyməti ilə eynidir" - Deputat tibbi sığortadan danışdı

“İcbari tibbi sığortanın təkmilləşdirilməsinə ehtiyac var. Birincisi, sənədləşdirmə işi ilə bağlıdır. İnsan müalicəyə gedir, ordan sənəd gətir, burdan sənəd apar...Elə bir mexanizm seçilməlidir ki, avtomatik öz həllini tapsın və vətəndaşımız xəstəxana ilə aidiyyəti qurum arasında uzun müddət qalmasın”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib. O bildirib ki, icbari tibbi sığortada bir problem ortaya çıxır:

"Burda xəstəxana xərci nəzərdə tutulmur. Bu gün elə xəstəxana var ki, xəstəxanada qalmaq qiyməti otel qiyməti ilə eynidir. Xəstəni də əməliyyat edən kimi deyə bilməzsən ki, dur evə get. Ən azı bir neçə gün qalmalıdır. Sonrakı vaxtda qalmaq istəyirsə, öz hesabına qala bilər. Bu, icbari tibbi sığortaya daxil edilməlidir. Elə olur ki, xəstəxana xərci əməliyyat xərcini ötüb keçir. Hesab edirəm ki, gələcəkdə bu, qanunvericilikdə öz əksini tapmalıdır".

Deputatın sözlərinə görə, bir qrup xəstəliklər var ki, onlara pulsuz dərmanlar verilir: "Bunlar da çox ağır xəstəliklərdir: onkologiyadır, şəkərdir, böyrək çatışmazlığı, qan çatışmazlığıdır və s. Biz keçəndə bir küçədə 20 aptek görürük. Amma bu cür xəstələr üçün hər rayonda 1 aptek işləyir. Səhər 6-dan o cür xəstələr gedir həmin aptekin qarşısına ki, bu nə vaxt açılacaq, siyahıya baxılacaq və onun dərmanı veriləcək. Bunu aidiyyəti qurumlarla danışmaq olar ki, heç olmasa bir rayonda bir neçə aptekdə bu dərmanlar verilsin”.

Anar Kəlbiyev

Seçilən
13
3
unikal.az

4Mənbələr