AZ

“Paşinyan Zəngəzur dəhlizi layihələrini seçkilərə qədər tamamlamğa çalışacaq” Elçin Mirzəbəyli

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Ermənistan hal-hazırda faktiki olaraq beynəlxalq kommunikasiya xətlərindən məhrum vəziyyətdədir. Lakin Zəngəzur dəhlizi açıldıqdan sonra ölkə bu imkanlardan yararlana biləcək və öz iqtisadi əlaqələrini genişləndirmək üçün “Trump marşrutu”ndan istifadə edə biləcək”

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib:

Deputatın sözlərinə görə, Nikol Paşinyan seçkilərə qədər infrastruktur layihələrinin mümkün qədər tez başa çatdırılması üçün çalışacaq.

O, bildirib ki, bu prosesdə ABŞ maliyyə və təşkilati dəstəyi ilə Ermənistana ciddi yardım göstərir, səfərlər tez-tez həyata keçirilir.

“Qeyd olunur ki, layihələr qısa məsafəni əhatə edir və sovet dövründə Azərbaycanla Naxçıvanı birləşdirən dəmir yolu infrastrukturunun bir hissəsi hələ də qalmaqdadır. Müasir standartlara uyğun olaraq ABŞ-ın dəstəyi ilə infrastrukturun təkmilləşdirilməsi və layihələrin həyata keçirilməsi üçün uzun müddət tələb olunmayacaq”-deyə E.Mirzəbəyli əlavə edib.

Deputat vurğulayıb ki, Paşinyan layihələri 2026-cı il seçkilərinə qədər tamamlamğa çalışacaq ki, seçkilərdə mövqeyini gücləndirsin və Ermənistanın açıq kommunikasiya xətlərinə qoşulduğunu nümayiş etdirsin.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
icma.az

1Mənbələr