AZ

Səbrləri tükəndi, Azərbaycana gələ bilməyən azərbaycanlıya VAXT QOYULDU!

Azərbaycan yığmasının debütantı Emil Mustafayevin «Sumqayıt»a keçidində problem əmələ gəlib.

Müqavilə ilə «Polessye»yə məxsus olan yarımmüdafiəçi Ukraynadan ayrılmağa çətinlik çəkir.

Baxmayaraq ki, klubu onun karyerasını Premyer Liqamızda davam etdirməsinə icazə verib.

Son olaraq icarə əsasında «Aleksandriya»nın formasını geyinən gənc ölkə hüdudlarına çıxmaq üçün yerli hökümət qurumlarından izn istəyib. Lakin dəfələrlə müraciətlər ünvanlanmasına rəğmən, Ukraynanın rəsmi dairələri onun ölkəni tərk eləməsinə indiyədək «yox» deyib.

Təbii ki, bu qeyri-müəyyənlik «Sumqayıt» rəhbərliyində narahatlıq yaradıb. Bununla bağlı mövqelərini Mustafayevin diqqətinə çatdırıblar.

Əgər o, qarşıdakı bir neçə gün ərzində problemi yoluna qoymasa, birillik nəzərdə tutulmuş icarə müqaviləsi qüvvədən düşmüş sayılacaq.

23 yaşlı futbolçu azərbaycanlı olsa da, Ukraynada doğulub və karyerasına orada başlayıb.

Emil Ukrayna millisindən təklif alsa da, seçimini Azərbaycandan yana edib. Mustafayev U-21 millisində 3, əsas yığmada isə 5 oyunda meydana çıxıb.

O, daha əvvəl "Qarabağ" və "Neftçi"dən sərfəli təkliflər alsa da, Avropada oynamaq istədiyini bildirərək, rədd cavabı verib.

SPORTİNFO.AZ

Seçilən
15
sportinfo.az

1Mənbələr