AZ

Latviya Rusiyaya qarşı hibrid müharibə aparır - ÖZƏL

Latviya hazırda Rusiyaya qarşı hibrid müharibə vəziyyətindədir. Olaylar.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri Andris Spruds açıqlayıb. "Rəsmi olaraq biz Rusiya ilə müharibə vəziyyətində deyilik, amma həm də sülh şəraitində deyilik. Biz hibrid müharibə aparırıq. Bu, qarşılaşmalı olduğumuz və nəzərə almalıyıq reallıqdır və buna hazır olmalıyıq", - deyə müdafiə naziri Bloomberg agentliyinə bildirib. Qeyd edək ki, A. Spruds daha əvvəl ölkə rəhbərliyinin şərti olaraq şərqi sərhəddən 50 km məsafədə hava məkanını 6 km hündürlüyə qədər tamamilə bağlamaq qərarı verdiyini açıqlamışdı. Bu addım Latviya Milli Silahlı Qüvvələrinin risk qiymətləndirməsinə əsasən qəbul olunub. Nazir bildirdi ki, hazırda ölkəyə birbaşa təhlükə olmasa da, qabaqlayıcı tədbirlər vacibdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
olaylar.az

1Mənbələr