AZ

Ermənistan parlamentində təqdim olunan layihə etiraz yaratdı - Hakim partiyadan təpki

BAKI, 30 sentyabr. TELEQRAF

Ermənistan parlamentindəki “Ermənistan” fraksiyası qondarma erməni soyqırımının inkarına görə cəzanın sərtləşdirilməsi üçün Cinayət Məcəlləsinə əlavələr edilməsi təklifini irəli sürüb.

Teleqraf xəbər verir ki, layihəni Milli Məclisdə fraksiyanın katibi Artsvik Minasyan təqdim edib.

Hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Tsovinar Vardanyan təşəbbüsə etiraz edərək bildirib ki, müxalifət üçün dövlətçilik və Ermənistanın mövcudluğu təhlükədir.

“Niyə müxalifət dövlətçiliyə qarşı şifahi hücumlar üçün layihə təqdim etmir? Bir insan nə vaxta qədər geridə qala bilər? Harada olduğumuzu, hara uyğunlaşmağa çalışdığımızı anlamaq üçün bir qədər öz-özünə düşünmək lazımdır. Ermənistan real həyatda və realist vətəndaşlarla yaşayır. Siz hara uyğunlaşmağa çalışırsınız?”.

Hakim fraksiyanın digər üzvləri də müxalifətin təşəbbüsünə etiraz ediblər.

Seçilən
13
teleqraf.com

1Mənbələr