AZ

“Regional tərəfdaşların inkişafı” layihəsi çərçivəsində Şəkidə sahibkarlarla görüş keçirilib (FOTO)

Bakı. Trend:

“Regional tərəfdaşların inkişafı” layihəsi çərçivəsində Şəkidəsahibkarlarla görüş keçirilib.

Trend xəbərverir ki, tədbirdə sahibkarlar maliyyə resurslarına çıxış, busahədə mövcud dövlət dəstəyi mexanizmləri barədəməlumatlandırılıb.

Şəki şəhərində “Regional tərəfdaşların inkişafı” layihəsiçərçivəsində bölgədə fəaliyyət göstərən sahibkarlarla görüşkeçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və"Marsol Group"un təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin vəİş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) dəstəyi iləkeçirilən tədbirdə qida, kənd təsərrüfatı, turizm, İKT, tikinti vəs. sahələrdə fəaliyyət göstərən 50-dən çox sahibkar iştirakedib.

Regionlarda fəaliyyət göstərən sahibkarları maliyyə resurslarınaçıxış imkanları və mövcud olan dövlət dəstəyi mexanizmləri barədəməlumatlandırmaq, eləcə də paytaxt və bölgələrdən olan iş adamlarıarasında işgüzar əlaqələrin genişləndirilməsi məqsədilə təşkilolunmuş tədbirə Bakı şəhərində fəaliyyət göstərən sahibkarlar daqatılıblar.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov,KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “Marsol Group”untəsisçisi və İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev çıxışediblər. Çıxışlarda sahibkarlara göstərilən dəstək və xidmətlər, ocümlədən dövlətin güzəştli kreditləri, subsidiyalar, biznesinmaliyyələşdirilməsi sahəsində yeniliklər, alternativmaliyyələşdirmə alətləri, bizneslər arasında əməkdaşlıq imkanları,sahibkarlıq fəaliyyəti üçün bölgənin iqtisadi potensialı barədəməlumat verilib.

Qeyd olunub ki, Şəki kənd təsərrüfatı, sənaye və turizmsahələrində güclü potensiala malikdir. İpəkçilik, üzümçülük vəmeyvəçilik ənənələri bu gün müasir aqrar texnologiyalar və emalsənayesinin inkişafı ilə güclənir. Rayonun mədəni irsi onu aparıcıturizm məkanına çevirib. İnfrastruktur layihələri və sahibkarlığadəstək tədbirləri Şəkini investorlar üçün cəlbedici edir. Dövlətdəstəyi və sahibkarlığın inkişafı nəticəsində rayonda yenitəsərrüfatların qurulması məşğulluq səviyyəsini artırır.

Çıxışçılar tərəfindən həmçinin, yerli sahibkarların Bakıdan olaniş adamları ilə əməkdaşlığının genişləndirməsinə, yerli bazarlarınehtiyaclarını və tələblərini dərindən araşdırmalarına, rəqəmsaliqtisadiyyatın imkanlardan maksimum istifadə etmələrinə, dövlətintəqdim etdiyi dəstək mexanizmləri barədə məlumatlılığa və buimkanlardan istifadəyə dair tövsiyələr verilib.

Tədbir çərçivəsində sahibkarların maliyyə resurslarına çıxışı,lisenziyalar, gübrə idxalı, beynəlxalq yükdaşımalar, regiondafəaliyyət göstərən tədris müəssisəsinin inkişafına dəstək, vergiinzibatçılığı və s. istiqamətlər üzrə müraciətləri və təklifləridinlənilib, qanunvericiliyin tələbləri və mövcud dəstək alətləribarədə izahat verilib, sualları cavablandırılıb.

“Regional
“Regional
“Regional
“Regional
Seçilən
27
8
az.trend.az

9Mənbələr