AZ

Ukrayna Rusiyanın S-400 kompleksini vurdu

BAKI, 30 sentyabr. TELEQRAF

Ukraynanın Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri işğal olunmuş Krım yarımadasında Rusiyanın S-400 “Triumf” zenit-raket kompleksinin radar stansiyasına zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Düşmənin, xüsusən də PUA-lara yönəlmiş bahalı hava hücumundan müdafiə sisteminin SSO zərbə pilotsuz təyyarələri tərəfindən zərərsizləşdirilməsi simvolikdir. Radar stansiyası S-400 “Triumf” kompleksinin “göz”üdür. Müşahidə və bələdçilik elementi olmadan bütün sistem döyüş qabiliyyətini itirir”, - məlumatda deyilir.

Seçilən
2
teleqraf.com

1Mənbələr