AZ

“Nar” boks təlimlərinə dəstək olur - FOTOLAR

Sərfəli mobil xidmətlər təqdim edən “Nar” yeniyetmələr arasında sağlam həyat tərzinin təbliğinə boks təlimləri ilə davam edir.

"Unikal" xəbər verir ki, layihənin öncəki illərdəki uğurlarına əsaslanan “Nar” yeniyetmələrin peşəkar təlim üçün bütün lazımi boks ləvazimatları ilə təchiz olunaraq təlimlərdə iştirak etmələrinə imkan yaradıb. “Baku Fight Lab”la əməkdaşlıq çərçivəsində aztəminatlı ailələrdən olan gənclərə dünya və Avropa çempionlarının məşqçiləri təlim keçəcək.

Tədbirdə çıxış edən “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova bildirib: “Bizim məqsədimiz yeniyetmələrin sağlam həyat tərzinə sahib olmalarına, təhsildə və idmanda uğurlu olmalarına, möhkəm xarakter formalaşdırmalarına dəstək verməkdir. Bu təlimlər onlara yalnız bugünkü deyil, həm də gələcək həyatları üçün dəyərli keyfiyyətlər qazandıracaq”.

“Baku Fight Lab” klubunun vitse-prezidenti, müstəqil Azərbaycanın yeniyetmələr arasında boks üzrə ilk dünya çempionu Fərhad Acalov isə vurğulayıb: “Bu layihə ilə biz uşaqlara yalnız peşəkar boks vərdişləri deyil, həm də sağlam həyat tərzi və güclü xarakter formalaşdırmaq üçün motivasiya veririk. İnanırıq ki, bu təşəbbüs onların gələcək inkişafında mühüm rol oynayacaq”.

Layihənin bir hissəsi olaraq, tədbirdə gənclər üçün motivasiyaedici çıxış da baş tutdu. Bu çıxışın spikeri – boks üzrə dünya kubokunun bürünc mükafatçısı, İslam Oyunlarının gümüş medalçısı, dəfələrlə Azərbaycan çempionu olan Tamerlan Abdullayev iştirakçılarla öz təcrübəsini və uğur hekayəsini bölüşüb, onları idmanda və həyatda məqsədlərinə çatmaq üçün ruhlandırıb.

“Nar” sosial məsuliyyətli şirkət olaraq, diqqəti aztəminatlı ailələrdən olan yeniyetmələrə yönəltməklə, onların sağlam həyat tərzini mənimsəmələri üçün geniş imkanlar yaradır. Mobil operatorun həyata keçirdiyi digər sosial layihələrlə nar.az vasitəsilə tanış ola bilərsiniz. 

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Seçilən
10
13
unikal.az

10Mənbələr