AZ

İcbari tibbi sığortada xəstəxana xərci nəzərə alınmalıdır – Siyavuş Novruzov

Bakı. Trend:

Azərbaycanda icbari tibbi sığorta sahəsində sənədləşdirməişlərinin təkmilləşdirilməsinə ehtiyac var.

Trend xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlərkomitəsi sədri Siyavuş Novruzov parlamentin 2025-ci il payızsessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.

“Vətəndaş müalicəyə gedir, oradan sənəd gətir, buradan sənədapar... Elə bir mexanizm seçilməlidir ki, avtomatik öz həllinitapsın və vətəndaşımız xəstəxana ilə aidiyyəti qurum arasında uzunmüddət qalmasın”, - deyə komitə sədri vurğulayıb.

Millət vəkili xatırladıb ki, icbari tibbi sığortada xəstəxanaxərci nəzərə alınmır.

“Bu gün elə xəstəxana var ki, orada qalmaq qiyməti hotel qiymətiilə eynidir. Xəstəni də əməliyyat edən kimi deyə bilməzsən ki, durevə get. Azı bir neçə gün qalmalıdır. Sonrakı vaxtda qalmaqistəyirsə, öz hesabına qala bilər. Yəni bu, icbari tibbi sığortayadaxil edilməlidir. Bir hissəni biz ödəyirik, əməliyyatı və yahəkimin xərcini, lakin elə olur ki, xəstəxana xərci əməliyyatxərcini ötüb keçir. Hesab edirəm ki, gələcəkdə bu məsələqanunvericilikdə öz əksini tapmalıdır”, - deyə deputat qeydedib.

Seçilən
22
4
az.trend.az

8Mənbələr