AZ

Qurban Qurbanov və Rəşad Sadıqov Cabir İmanovla vida mərasimində FOTO

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Əməkdar artist Cabir İmanovun cənazəsi Nərimanov rayonundakı Cümə məscidinə gətirilib.

“Qafqazinfo”nun məlumatına görə, mərhum sənətkarın yaxınları cənazə namazında iştirak etmək üçün məscidin həyətinə toplaşıblar.

“Qarabağ” FK-nın baş məşqçisi Qurban Qurbanov və “Zirə” FK-nın baş məşqçisi Rəşad Sadıqov da Cabir İmanovla vida mərasimində iştirak etmək üçün oraya gəliblər.

Birgə namazdan sonra Şəhriyar adına Mədəniyyət Mərkəzində onunla vida mərasimi keçiriləcək.

Qeyd edək ki, Cabir İmanov ötən gün 49 yaşında ürəktutmadan vəfat edib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
6
icma.az

8Mənbələr