Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.
Rusiyada həbsdən yayınmaq istəyən məmurların orduya yazılması adi praktikaya çevrilib.
“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, bu dəfə Krasnodar vilayətinin qubernator müavini, Kuban kazaklarının atamanı Aleksandr Vlasov sentyabrın 29-da Ukraynaya qarşı müharibədə döyüşmək üçün vəzifəsini tərk etdiyini bəyan edib: "Vətənə xidmət etmək və onun layiqli oğlu olmaq böyük şərəfdir".
Lakin elə həmin gün onun ofisində axtarış aparılıb və Vlasov saxlanılıb.
Mənbələr bu axtarışların və Vlasovun həbsinin onun oğluna qarşı cinayət işi ilə bağlı olduğunu bildirir. 26 yaşlı Aleksandr Vlasov büdcə vəsaitlərini mənimsəməkdə şübhəli bilinir. Qeyd olunur ki, o da saxlanılıb.
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.