AZ

Müharibə zamanı Ermənistan MTX əməkdaşlarının fərariliyinə görə cinayət işləri açıla bilər? Arayikin ifşasına veriləcək cavab yoxdur

Bir neçə gün əvvəl “168.am” yazmışdı ki, “Parlamentin Daxili Nizamnamə” konstitusiya qanununun 25-ci maddəsində göstərilir ki, “....məsələnin müzakirəsi başa çatdıqdan sonra istintaq komissiyasının hesabatı, həmçinin bu maddənin 2-ci hissəsində müəyyən olunmuş qaydada təqdim edilmiş xüsusi rəyi İş Qaydası ilə müəyyən olunmuş qaydada hesabatda qeyd olunan dövlət və yerli özünüidarəetmə orqanlarına və vəzifəli şəxslərə göndərilir, onlar isə hesabatla bağlı yazılı cavablarını parlament sədrinə bir ay müddətində təqdim edə bilərlər”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

Halbuki 2024-cü ilin oktyabrında Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik məsələləri daimi komissiyasının sədri Andranik Koçaryan nəşrin yazılı sorğusuna cavab olaraq deyib: “Hesabatın açıq və ya qapalı olması yalnız aidiyyəti qurumlardan müvafiq rəy aldıqdan sonra müəyyən ediləcək”.

“Biz yazmışdıq ki, nə Ermənistan Müdafiə Nazirliyi, nə də Ermənistan İstintaq Komitəsinə İstintaq Komissiyasının hesabatı göndərilməyib, halbuki Andranik Koçaryan bunu vəd etmişdi, ehtimal ki, həmin anda “Parlamentin Daxili Nizamnamə” konstitusiya qanununun tələblərindən xəbərsiz olub.

Sentyabrın 11-də isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinə (MTX) göndərdiyimiz yazılı sorğuya cavab olaraq qurumdan cavab məktubu göndərilib və yuxarıda qeyd olunan “Parlamentin Daxili Nizamnamə” qanununun 25-ci maddəsini xatırladıblar. Yəni, 44 günlük müharibəyə dair İstintaq Komissiyasının hesabatı MTX-nın də əlində deyil, kimin və necə onun açıq və ya qapalı olmasına qərar verəcəyini yalnız fərz edə bilərik və ya parlamentin sədri Alen Simonyana istinad edə bilərik ki, bununla bağlı texniki və hüquqi məsələlər araşdırılır”, - deyə müəllif bildirib.

“168.am” Ermənistan MTX-yə sorğu vasitəsilə sualları ünvanlayıb.

“168.am” öz sorğusu vasitəsilə MTX-yə həmçinin aşağıdakı sualları ünvanlayıb.

2020-ci il noyabrın 11-də “Qarabağın sabiq rəhbəri” (hərbi cinayətdə ittiham edilən erməniəsilli şəxs-red.) Arayik Harutyunyan “Facebook”da canlı yayımda bəyan etmişdi ki, Ermənistan MTX-dən gələn ən güclü bölmələrdən biri ön xəttə – “Yeğnikner”ə getməkdən imtina edib. “Qarabağın sabiq rəhbəri”nin qeyd etdiyi bu bəyanat araşdırma predmeti olubmu, Arayik Harutyunyanın MTX bölmələrinə ünvanladığı xahişin rədd edilməsinin, daha da artıq, müxtəlif məlumatlara görə döyüş meydanından qaçma faktlarının səbəbləri aydınlaşdırılıbmı və bu barədə cinayət işi açılıbmı, ittiham olunan şəxslər varmı, yoxsa yox? Ümumiyyətlə, 44 günlük müharibə nəticəsində MTX-dən ölənlər olubmu?

Bizim bu sorğularımızı MTX kənar keçib və sadəcə belə cavab verib: “Cinayət işlərinin mövcudluğuna gəldikdə isə qeyd olunan məlumatı almaq üçün məlumatı idarə edən orqana, ibtidai istintaq orqanına müraciət edə bilərsiniz”.

Əlavə edək ki, 2022-ci ildə eyni mövzu və suallarla Ermənistan MTX-ə məktub göndərmişdik və oradan bizə cavab verilmişdi:

“Arayik Harutyunyanın sizin qeyd etdiyiniz bəyanatı ilə bağlı Ermənistan MTX-in istintaq departamentində cinayət işi başlanmayıb. Eyni zamanda bildiririk ki, yuxarıda qeyd olunan bəyanatla bağlı Ermənistan MTX-də xidməti yoxlama aparılıb”.

İndi isə 2025-ci ildəki sorğumuza cavab olaraq MTX-in yönləndirməsi nədən qaynaqlanır, onun hazırkı səlahiyyətlərindən, yoxsa digər amillərdən? Belə güman edə bilərikmi ki, 44 günlük müharibə kontekstində MTX əməkdaşlarına qarşı da cinayət işləri açıla bilər, xüsusilə də qarşıda İstintaq Komissiyasının hesabatının təqdimatı dayanarkən?”, - deyə məqalədə bildirilib.

Seçilən
15
herbiand.az

1Mənbələr