AZ

İranda tələbələri daşıyan avtobus TIR-la toqquşdu

İranın Simnan əyalətində tələbələri daşıyan avtobus ağır yol qəzasına düşüb.

"Unikal" xəbər verir ki, bu barədə İran mediası məlumat dərc edib.

Bildirilir ki, hadisə Simnan-Sorxe magistral yolunda baş verib. Məlumata görə, tibb fakültəsinin tələbələrini daşıyan avtobus TIR-la toqquşub.  Nəticədə avtobus yoldan çıxaraq aşıb. Qəza nəticəsində iki tələbə həyatını itirib. Avtobusda ümumilikdə 11 nəfər olub.

Seymur Əli 

 

Seçilən
18
2
unikal.az

3Mənbələr