AZ

Bakı-Qazax yolunun Yevlaxdan keçən hissəsində tikinti və yenidənqurma işləri yekunlaşıb - FOTO/VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Yevlax şəhərindən keçən hissəsində apardığı kompleks tikinti və yenidənqurma işlərini yekunlaşdırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.
 
Bildirilib ki, layihə çərçivəsində yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə magistral yolun altından keçən, müasir standartlara cavab verən yeraltı piyada keçidi inşa edilib.
 
Keçidin ümumi uzunluğu 47 metr təşkil edir ki, bunun 37 metri qapalı hissədən ibarətdir. Eni 5 metr, hündürlüyü isə 3.2 metr olan keçid piyadaların təhlükəsiz və komfortlu hərəkəti üçün bütün zəruri infrastrukturla təmin olunub.
 
Bununla yanaşı, yolun sözügedən hissəsində yeni səkilər salınıb, həmçinin avtomobillərin magistral yola ikiistiqamətli rahat giriş-çıxışını təmin edən yanaşma yollarının tikintisi həyata keçirilib. Tikintisi başa çatdırılmış bu yolların ümumi uzunluğu 3.2 kilometr, eni isə 7 metr təşkil edir.
 
Görülən işlər nəqliyyat axınının tənzimlənməsi, hərəkətin fasiləsizliyinin təmin olunması və ümumilikdə yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədi daşıyır.

 

 
Seçilən
13
12
moderator.az

10Mənbələr