AZ

Aşıq Namiq “Bir yaşda Yaşmın üstə yaş gəldi şükürlər olsun ucar rəbimə” cümləsindəki səhvlərdən danışdı: “Ədəbiyyat müəlliyəm?” FOTO KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Aşıq Namiq Fərhadoğlunun ötən gün doğum günü münasibətilə sosial şəbəkə hesabında yazdığı “Bir yaşda Yaşmın üstə yaş gəldi şükürlər olsun ucar rəbimə” cümləsində, demək olar, bütün sözlərin qrammatik və orfoqrafik cəhətdən yanlış olması çoxsaylı tənqidlərlə qarşılanıb. Onun savadsız olduğu, aşıq sənəti ilə əlaqəsinin olmadığı qeyd olunub.

KONKRET.az xəbər verir ki, bu barədə pravda.az-a açıqlama verən Namiq Fərhadoğlu deyib ki, həmin cümləni özü yazmayıb.

“On iki yaşlı tələbəm var, ona dedim ki, yazsın. Fotonun üstünü yazmaqdan mənim başım çıxmır. Ötən gün səhər iki-üç kanalda çəkilişdə olmuşam, məşğul idim, baxmamışam. Dünya dağılıb? Səhvdir, olub, olub də. Səhvsiz insan var? Uşaqdır, yazıb, bir-iki sözü səhv gedib. Hə, nə olsun? Elə bil ki, mən ədəbiyyat müəlliyəm, yoxsa nə müəllimiyəm? Gic-gic danışırlar. Gedib mənim sənətimdə qüsur tapsınlar, görüm tapa bilirlər?” – o bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
5
konkret.az

6Mənbələr