AZ

Afaq Bəşirqızı Cabir İmanovdan yazdı: "İnanmaq istəmirəm"

Xalq artisti Afaq Bəşirqızı ötən gün vəfat edən həmkarı Əməkdar artist Cabir İmanovla bağlı paylaşım edib.

"Cebheinfo.az" xəbər verir ki, aktrisa həmkarının vəfatına inana bilmədiyini yazıb:

"İnanmıram, Cabir... İnanmaq istəmirəm... Zəngini gözləyirəm. Gözləyirəm zəng edib deyəcəksən ki, Afaq xanım bu bir zarafatdır. Bütün zarafatlarını sevə-sevə qəbul edərdim. Bu, çox ağır oldu.

Qəbul edə bilmirəm, başa düşürsən?! İnana bilmirəm ki, aramızda yoxsan... Sən ürəyimdə, könlümdə elə bir iz buraxmısan ki, mənim üçün hər zaman əbədi yaşayacaqsan! Sözlər belə boğazımda düyünlənib qalıb. Ruhun şad olsun, əziz insan".

Xatırladaq ki, A.Bəşirqızı və C.İmanov "Bəxt üzüyü 2" filmində birgə rol alıblar.

Qeyd edək ki, C.İmanov ötən gün Bakıda idman zalında infarkt keçirərək vəfat edib. O, bu gün Yasamal rayonundakı “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

"Cebheinfo.az"

Seçilən
12
2
cebheinfo.az

3Mənbələr