AZ

Toyundan 46 gün sonra faciəvi şəkildə öldü - VİDEO

Xəbər verdiyimiz kimi, sentyabrın 26-da Qubanın Ağbil kəndi ərazisində ağır yol qəzası baş verib.

News365.az xəbər verir ki, hadisə nəticəsində həlak olan rayonun Aşağı Xuc kənd sakini, 2002-ci il təvəllüdlü Ceyhun Yusifovun qəzadan 46 gün əvvəl ailə həyatı qurduğu məlum olub.

Belə ki, dostları onun 10 avqustda toy karvanında çəkilmiş görüntülərini paylaşaraq üzüntülərini ifadə ediblər.

Hadisə isə Ceyhun işdən çıxıb evə gedərkən qeydə alınıb.

Xatırladaq ki, qəza nəticəsində C. Yusifovun idarə etdiyi “VAZ-21011” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

C.Yusifov Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını itirib.

Avtomobildə olan 2001-ci il təvəllüdlü sərnişin Asim Qafarov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Seçilən
44
12
news365.az

10Mənbələr