AZ

Rusiya səfiri: "Ermənistan 102-ci hərbi bazanın ölkədən çıxarılmayacağını açıq şəkildə bəyan edib"


Rusiyanın 102-ci hərbi bazasının çıxarılması məsələsi Ermənistan və Rusiya arasında ikitərəfli münasibətlərin gündəmində deyil.

APA “Armenress”ə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri Sergey Kopırkin bildirib.

“102-ci hərbi bazanın çıxarılması ikitərəfli münasibətlərin gündəmində deyil. Ermənistan tərəfi bunu bütün səviyyələrdə açıq şəkildə bəyan edib. Rusiyanın hərbi iştirakı Ermənistanın təhlükəsizlik sisteminin ən mühüm dayağı və regional sabitliyin mühüm amili olaraq qalır. Eyni zamanda, hərbçilərimiz regionda heç kimə heç bir təhlükə yaratmır”, - səfir vurğulayıb.

Seçilən
5
3
baki-xeber.com

4Mənbələr