AZ

“Cabiri bir az mənfi tərəfdən göstərmək istəyirdilər...” Tahir İmanov

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“Bəzi qüvvələr Cabiri bir az mənfi tərəfdən göstərmək istəyirdilər. Amma misal var ki, Allah kimisə ucaltsa, onu heç kim alçalda bilməz”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri qardaşının vida mərasimində çıxış edən Tahir İmanov deyib.

“Cabir nümunəvi ata, nümunəvi vətəndaş, nümunəvi oğul idi. Çoxları elə bilir Cabir məndən böyükdür. Amma mən ondan iki yaş böyük olmuşam. Buna baxmayaraq, ondan çox şey öyrənmişəm”, - T.İmanov vurğulayıb.

“Allaha şükürlər olsun ki, Cabir Şuşalı günlərimizi yaşadı. Bu dövlətə, dövlətçiliyə qulluq etdi. Dövlət tərəfindən ona məsliyyətli və şərəfli vəzifə verilmişdi. Mən bir daha Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinə təşəkkür edirəm”, - mərhumun qardaşı əlavə edib.

Sail Ağasəlim

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
2
qafqazinfo.az

10Mənbələr