AZ

Rəqabət Məcəlləsinin şərtlərini necə pozulur KONKRET

Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Hava Limanında taksi xidmətini AYNA-nın inhisara almağa cəhdi haqqında bir neçə dəfə yazmışdım, hətta Ombudsman Aparatı da çox doğru publik açıqlama verdi ki, AYNA Konstitusiyanı və Rəqabət Məcəlləsinin şərtlərini pozur.

AYNA isə cavab verib ki, “Taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında müəyyən olunur, qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır”.

KONKRET.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli öz “Facebook” hesabında yazıb.

O bildirib ki, AYNA-nın müvafiq qurumu qiymət cədvəli çıxardır, taksilərə onların müəyyən etdiyi qiymətlərlə xidmət göstərməyi tələb edir, sonra da deyir ki, qiyməti tələb-təklif formalaşdırır. Belə ağ yalan insanın əlini üzündə qoyur.

Başqa bir məsələ də var – AYNA-nın digər qurumu, “AzParking” MMC şəhərdə parklanmaya görə vəsait toplayır. Bu günə qədər bir ayda, il ərzində nə qədər vəsait yığıldığını, toplanan vəsaitin hara xərcləndiyini açıqlamır. Hörmətli məmurlar, bu kommersiya sirri deyil, dövlət sirri heç deyil, vəsaiti məndən-vətəndaşdan toplayırsınız, zəhmət çəkin, hesabat verin!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
konkret.az

2Mənbələr