AZ

Rusiya daha iki bölgəni hədəfə aldı: Bizimlə birləşmək istəyirlər

BAKI, 30 sentyabr. TELEQRAF

“Odessa və Nikolayevdə (Ukraynanın vilayətləri – red.) öz taleyini Rusiya ilə bağlamaq istəyən çoxlu insan var, amma bu barədə danışmaq onlar üçün ölümcül təhlükəlidir”.

Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kremlin sözçüsü Ukraynanın işğal edilmiş Xerson vilayətindəki qondarma qurumun rəhbəri Volodimir Saldonun “Odessa və Nikolayevdə referendum keçirilsə, yerli sakinlərin yenidən Rusiyaya birləşməyə qərar verəcəyi” barədə sözlərini belə şərh edib:

“Əlbəttə, Odessa və Nikolayevdə öz taleyini Rusiyaya bağlamaq istəyənlər çoxdur. İndi çətin ki, bu insanlar bunun lehinə səsini qaldıra bilsinlər. Bu, həyati təhlükə yaradır”.

Seçilən
13
teleqraf.com

1Mənbələr