AZ

Leandro Andrade: "Ən yaxşısını edəcəyimizə inanıram"

"Qarabağ"ın futbolçusu Leandro Andrade UEFA Çempionlar Liqası Liqa mərhələsinin II turunun "Kopenhagen"lə matçından öncə keçirilən mətbuat konfransında iştiraak edib.

Sportal.az 26 yaşlı vingerin fikirlərini diqqətinizə çatdırır:

- Baş məşqçimizin dediyi kimi, hamımız üçün vacib oyundur. Azərbaycan xalqını sevindirməyə çalışacağıq. Yenidən bunu etmək şansımız var. Bu da bizi motivasiya edir ki, ən yaxşı oyunumuzu meydanda göstərək. Stadionumuz gözəldir.

- Sabahkı matçla bağlı proqnozun necədir?

- "Kopenhagen" əla komandadır. Bura Çempionlar Liqasıdır. Hər komanda güclüdür. Biz ən əlimizdən gələnin ən yaxşısını edəcəyik və maksimumumuzu meydanda verəcəyik. Oyuna maksimum dərəcədə fokuslanacağıq.

- "Benfika" ilə matçdan əvvəl qol vuracağını hiss etdiyini demişdin. Sabah da qol vuracağını hiss edirsən?

- Mən oyuna daha çox fokuslanmışam. Sabah necə olacağını görəcəyik. Birlikdə mübarizə aparacağıq. Çox maraqlı oyun olacaq. Ən yaxşısını edəcəyimizə inanıram.

Mirbağırağa

saytlarin hazirlanmasi

Seçilən
29
4
sportal.az

7Mənbələr