AZ

Tramp  100-ə yaxın iranlını ABŞ-dan deportasiya edib- NYT

ABŞ prezidenti Donald Trampın administrasiyası 100-ə yaxın iranlını ölkədən deportasiya edib. Vətəninfo.az  xəbər verir ki, bu barədə “New York Times” adı açıqlanmayan İran və Amerika rəsmilərinə istinadən yazır.

“Tramp administrasiyası 100-ə yaxın iranlının olduğu təyyarəni ABŞ-dan İrana deportasiya edir”, – deyə məlumatda bildirilir.

İran rəsmiləri qəzetə bildiriblər ki, deportasiya edilmiş iranlıları daşıyan çarter reysi yerli vaxtla bazar ertəsi axşam Luizianadan yola düşüb. Qəzet rəsmiyə istinadən onu da yazıb ki, İran Xarici İşlər Nazirliyi deportasiya edilənlərin geri qaytarılmasını koordinasiya edir və onlara təhlükəsizlik və heç bir problemin olmaması zəmanəti verilib.

Seçilən
28
veteninfo.az

1Mənbələr