AZ

Politoloq: Paşinyan hakimiyyəti 102-ci bazanın mövcudluğunu təhdid kimi görür

Rusiyanın 102-ci hərbi bazasının çıxarılması məsələsi Ermənistan və Rusiya arasında ikitərəfli münasibətlərin gündəmində deyil.
Bu barədə Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri Sergey Kopırkin bildirib.
“102-ci hərbi bazanın çıxarılması ikitərəfli münasibətlərin gündəmində deyil. Ermənistan tərəfi bunu bütün səviyyələrdə açıq şəkildə bəyan edib. Rusiyanın hərbi iştirakı Ermənistanın təhlükəsizlik sisteminin ən mühüm dayağı və regional sabitliyin mühüm amili olaraq qalır. Eyni zamanda, hərbçilərimiz regionda heç kimə heç bir təhlükə yaratmır”, - səfir vurğulayıb.

Politoloq Turan Rzayev Sherg.az-a deyib ki, Rusiyanın Ermənistandakı səfirinin bu açıqlaması daha çox Kremlin mövqeyindən dəyərləndirilir:

"Halbuki, bu gün Ermənistanda Nikol Paşinyan hakimiyyəti və ona sadiq qüvvələr üçün 102-ci hərbi bazanın mövcudluğu həm ölkənin suverenliyinə, həm də regional maraqlarına təhdid kimi görünür. Prinsip etibarilə, Qərbə inteqrasiya edən və Azərbaycanla münasibətləri normallaşdıran bir Ermənistan var. Ermənistanın ABŞ-a münasibəti də bəllidir. Bu gün Ermənistanda qərbpərəst meyillərin güclənməsi gələcəkdə ABŞ və ya ümumilikdə Qərb tərəfindən dəstəklənəcək. Hər halda, hələ ki, Ermənistan KTMT üzvüdür və Rusiyanın hərbi bazasının burada qalması müəyyən çərçivədə izah olunur. Amma gələcəkdə bunun davam edib-etməyəcəyi sual altındadır. Ermənistanın tam müstəqil olması yalnız həmin hərbi bazanın ölkəni tərk etməsi ilə mümkün ola bilər. Ancaq bu bazanın Ermənistanda qalmasının ölkə üçün strateji əhəmiyyəti o qədər də böyük deyil. Çünki kənardan Ermənistanı hədəf alan, onu məcburən sıxışdırmaq istəyən bir qüvvə yoxdur. Azərbaycanla uğurlu danışıqlar gedir, bu prosesdə ciddi problem olmasa yekunlaşacaq. Digər tərəfdən, Ermənistan faktiki olaraq Türkiyə ilə münasibətlərini normallaşdırır. Gürcüstan və İranla da xüsusi problemləri yoxdur. Bütün bu reallıqlar fonunda xarici hərbi bazanın Ermənistanda qalması üçün əsaslı zərurət görünmür".
Seçilən
0
1
sherg.az

2Mənbələr