Rusiya Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinə qoşulmaq üçün heç bir dəvət almayıb. Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov XXII "Valday" Beynəlxalq Diskussiya Klubunun iclası çərçivəsində jurnalistlərə açıqlama verib. "Beynəlxalq təhlükəsizlik qüvvələri ilə bağlı yox, bizi ora dəvət etməyiblər. Biz ümumiyyətlə bu plan barədə yalnız dünən eşitdik", - deyə nazir bildirib. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyası çərçivəsində ərəb və müsəlman ölkələrinin liderləri ilə görüşdə Qəzza üzrə yeni sülh planını təqdim edib. Financial Times-ın yazdığına görə, planın əsas hissəsi ərəb və müsəlman ölkələrinin hərbi kontingentindən ibarət beynəlxalq qüvvələrin Qəzzaya göndərilməsi ilə bağlıdır. Bu qüvvələr münaqişədən sonra ərazidə sabitliyin təmin edilməsinə xidmət edəcək.
Plan həmçinin HƏMAS tərəfindən saxlanılan bütün girovların eyni vaxtda azad olunmasını nəzərdə tutur. Sənədə əsasən, ilk olaraq İsrail Müdafiə Ordusu yanvar-mart aylarında qüvvədə olan atəşkəs dövründə tutduğu mövqelərə geri dönəcək, daha sonra isə ərəb-müsəlman kontingenti formalaşdırıldıqdan sonra İsrail qüvvələri Qəzzadan tamamilə çıxacaq.Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31