AZ

Leandro Andrade: “Yenidən bunu etmək şansımız var”

“Qarabağ”ın futbolçusu Leandro Andrade UEFA Çempionlar Liqası Liqa mərhələsinin II turunun “Kopenhagen”lə matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Msport.az xəbər verir ki, 26 yaşlı vinger uğurlu çıxış üçün əllərindən gələni edəcəklərini deyib:

“Hamımız üçün vacib oyundur. Azərbaycan xalqını sevindirməyə çalışacağıq. Yenidən bunu etmək şansımız var. Bu da bizi motivasiya edir ki, ən yaxşı oyunumuzu meydanda göstərək. Stadionumuz gözəldir”.

Andrade rəqibin güclü komanda olduğunu söyləyib: “Kopenhagen” əla komandadır. Bura Çempionlar Liqasıdır, hər komanda güclüdür. Biz əlimizdən gələnin ən yaxşısını edəcəyik və maksimumumuzu meydanda verəcəyik. Oyuna maksimum dərəcədə fokuslanacağıq”.

Seçilən
19
2
msport.az

7Mənbələr