"BMT Baş Assambleyasının 80-ci sessiyasında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın diplomatik məktəbinin növbəti təntənəsi kimi tarixə düşdü. Bu çıxış Azərbaycanın yalnız döyüş meydanında deyil, həm də diplomatiya masasında qazandığı qələbələrin rəsmi təsdiqi idi. Dövlət başçısının səsi Nyu-Yorkdan bütün dünyaya yayıldı və beynəlxalq ictimaiyyət bir daha Azərbaycanın ədalətli mövqeyinin nə qədər güclü əsaslara söykəndiyini gördü". "Olaylar" xəbər verir ki, bunu YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev deyib: "Cənab Prezident İlham Əliyev tribunadan xatırlatdı ki, otuz ilə yaxın Ermənistanın işğalı davam etdi, beynəlxalq hüququn norma və prinsipləri tapdalandı, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmadı. Lakin 2020-ci ilin Vətən müharibəsi ilə Azərbaycan beynəlxalq hüququn üstünlüyünü öz gücü ilə təmin etdi. Ən önəmlisi isə müharibədən sonrakı mərhələ oldu. Cənab Prezidentin sözləri ilə, "Biz Zəfər müharibəsindən dərhal sonra sülh müqaviləsinə hazır olduğumuzu bəyan etdik." Bu bəyanat Azərbaycanın diplomatik qətiyyətinin təməlini qoydu. Nəticə etibarilə, masada da Azərbaycan qalib çıxdı. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdı. ABŞ-ın vasitəçiliyi ilə sülh müqaviləsi paraflandı. ATƏT-in Minsk qrupu kimi köhnəlmiş mexanizmlər birdəfəlik bağlandı. Regionda yeni əməkdaşlıq formatlarının əsası qoyuldu. Azərbaycan diplomatiyasının uğurları yalnız regionla məhdudlaşmır. Onun qlobal miqyasda atdığı addımlar yeni dünya düzənində ölkəmizin çəkisini artırır. Azərbaycan bu gün 14 ölkəyə təbii qaz ixrac edir. Cənab Prezidentin sözləri ilə desək, "Azərbaycan boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yerdədir." Bu, təkcə iqtisadi deyil, həm də siyasi gücün ifadəsidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində alternativsiz tərəfdaşa çevrilib".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31