AZ

"YouTube" Trampa 24,5 milyon dollar ödəyəcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Google"a məxsus "YouTube" platforması ABŞ Prezidenti Donald Trampın 2021-ci ildə Kapitoli basqınından sonra hesabının bloklanması ilə bağlı irəli sürdüyü iddianı həll etmək üçün 24.5 milyon dollar ödəməyə razılaşıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "The Washington Post" (WP) qəzeti yazır.
Razılaşmaya əsasən, Tramp ödəniləcək məbləğin 22 milyon dollarını Ağ Evin yeni bal zalının tikintisinə yönləndirməyi tapşırıb. Qalan vəsait isə "YouTube"u senzura tətbiq etməkdə ittiham edən digər iddiaçılar arasında bölüşdürüləcək.
Daha əvvəl "Meta" və "X" (keçmiş "Twitter") platformaları ilə də bənzər razılaşmalar əldə olunub. Belə ki, "Meta" 25 milyon dollar, "X" isə 10 milyon dollar ödəməyə razılaşıb.
Xatırladaq ki, Trampın "Facebook", "Instagram", "Twitter" və "YouTube" hesabları 2021-ci ilin əvvəlində bu platformaların qaydalarını pozması səbəbindən bağlanmış, həmin ilin iyulunda siyasətçi sosial şəbəkə rəhbərliyini məhkəməyə vermişdi. Onun "Twitter" hesabı 2022-ci ildə, digər sosial şəbəkələrdəki hesabları isə 2023-cü ildə bərpa olunmuşdu.
Hesabların bloklanması Trampı 2022-ci ilin fevralında öz sosial platforması olan "Truth Social"ı yaratmağa sövq etmişdi. O vaxtdan bəri bu şəbəkə onun internet üzərindən əsas kommunikasiya vasitəsi sayılır.
Qeyd edək ki, 2021-ci il yanvarın 6-da Tramp tərəfdarları ABŞ Konqres binasına soxularaq 2020-ci il prezident seçkisinin nəticələrinin təsdiqlənməsinə mane olmağa çalışmışdılar. İğtişaşlar zamanı polis bir nümayişçini güllələmiş, həmçinin bir-biri ilə əlaqəsi olmayan tibbi səbəblərdən bir neçə nəfərin də ölümü qeydə alınmışdı. Hadisələrdən sonra Kapitoli polisinin əməkdaşlarından biri də həlak olmuşdu.
Seçilən
19
1
oxu.az

2Mənbələr