AZ

Novella Cəfəroğlu: “Cabir İmanov sağ olarkən niyə bunu demirdilər?”

“Cabir İmanovun ailəsini çox yaxşı tanıyıram. Bilirəm ki, ziyalı ailəsidir. Cabir İmanov polis fəaliyyəti dövründə hər hansı zorakılıq əməllərinə yol veribsə, həmin görüntüləri indi ortalığa çıxaran insanlar o, sağ olarkən niyə bunu demirdilər?"

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

O əlavə edib: "Onun bütün bu əməllərini bilirdinizsə, niyə vaxtında ortalığa çıxarmırdınız? Öləndən sonra görüntüləri ictimailəşdirmək düzgün deyil. Mənə çox pis təsir etdi. Nə diriyə, nə də ölüyə hörmət qalıb. Hər şeydən əlimizi çəkmişik”. pizza

Novella Cəfəroğlu bildirib: “Bilirsiniz, indi Cabir İmanovun ana-atası, bacı-qardaşı, 4 övladı, qohumları nə vəziyyətdə onun ölümünü qəbul edirlər? Gənc insan idi, 49 yaşında vəfat edib. Belə faktlar var idisə, əvvəldən üzünə deyərdiniz, onun da sizə cavab verməyə imkanı olardı. Öləndən sonra bu məsələni qaldırıb niyə arxasında qalanları özünüzə düşmən edirsiniz? Axı Cabir İmanov onların əzizidir. Niyə qalmaqal salırsınız?

Razıyam, əgər doğrudan da, Cabir İmanov həmin əməlləri törətmişdisə, əvvəldən deyərdiniz, biz də məsələyə qarışardıq, tənqid edərdik, onu debata çağırardıq. Cəmiyyəti bu cür düşməçiliyə, bu yollara təşviq etmək olmaz”.


Telegram kanalımız
Seçilən
11
4
yenisabah.az

5Mənbələr