AZ

QMİ sədri ABŞ-da bir sıra tədbirlərdə iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə oktyabrın 1-də Amerika Birləşmiş Ştatlarına səfərə yola düşəcək.

XQ xəbər verir ki, İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin icmasının və Stirlinq Fondunun dəvəti ilə Yuta ştatına səfəri çərçivəsində şeyxülislam A.Paşazadə ştatın rəhbərliyi ilə görüşlər keçirəcək, bir sıra tədbirlərdə iştirak edəcək.

Səfər çərçivəsində QMİ sədrinin Vaşinqtonda dini qurumlarla, Senat və Konqres üzvləri ilə, həmçinin Nyu-Yorkda BMT rəsmiləri, Dinlər Sülh Uğrunda Təşkilatı, Vicdana Çağırış Fondu və digər təşkilatların rəhbərləri ilə görüşləri nəzərdə tutulur.

Seçilən
10
27
xalqqazeti.az

10Mənbələr