AZ

Avropalı deputatın Zəngəzurla bağlı sualı Nikolu özündən çıxardı: Nə demək istəyirsiniz?

“Siz Zəngəzur dəhlizi ifadəsini işlədirsiniz, bunu haradan götürmüsünüz? Ermənistanla Azərbaycan arasında razılaşdırılmış heç bir sənəddə belə bir ifadə yoxdur, olmayıb və olmayacaq”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan AŞPA-da avropalı deputatın sualını cavablandırarkən deyib.

Baş nazir bildirib ki, Vaşinqtonda razılaşdırılmış terminologiyadan – “Tramp yolu” adından istifadə olunmalıdır.

“Mən öz çıxışımda Vaşinqtonda qəbul edilmiş sənədlərdə olmayan ifadə işlətmirəm. Zəngəzur dəhlizi ifadəsini işlədənlər nə demək istədiyini aydınlaşdırıb xəritədə göstərəcəklərmi? Buna görə də sizi şiddətlə qınayıram”.

Seçilən
10
teleqraf.com

1Mənbələr