Qız müştəriyə çay verməzdən əvvəl stəkana tüpürür və bunu telefona çəkir.
Müzakirələrə səbəb olan videodakı qız "Xəzər Xəbər"ə danışıb. O, bunu rəfiqələrinə zarafat məqsədi ilə etdiyini bildirib.
Məsələ ilə bağlı sözügedən şirniyyat evi ilə əlaqə saxladıq. Obyektin rəhbəri Etibar Nəsibov məsələdən xəbərdar olan kimi həmin şəxsin töhmət verilərək işdən çıxarıldığını bildirib.
DİN-in Mətbuat xidmətinin Regional Qrupundan sorğumuza cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı Şəki polis şöbəsində təhqiqat aparılır.
Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Daha ətraflı videomaterialı təqdim edirik.