AZ

"Qarabağ"la görüşdə 3 xal qazansaydıq, bu, başlanğıc nöqtəsi ola bilərdi"

Çempionlar Liqasının əsas mərhələsinin yeni formatı haqda danışan “Benfika”nın baş məşqçisi Joze Mourinyo açılış oyununda Lissabon klubunun “Qarabağ”a 2:3 hesabı ilə uduzduqları oyuna bir daha toxunub.

Sportal.az “A Bola”ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Azərbaycan çempionunun qələbəsi ilə bağlı bunları deyib:

“Hər xalın önəmli olduğu bir nöqtədəyik. Komandam ötən mövsüm Avropa Liqasında oynadığı üçün bu formatla tanışam. Amma bu, bir az qəribə formatdır, çünki oynamadığımız bir çox komandalar yoluna davam edə bilər. Öz taleyini idarə edə bilmirsən, ona görə də hər xal önəmlidir. Düşünmürəm ki, bu sözü desəm, məni səhv başa düşərlər. Amma “Benfika”nın təqviminə baxsaq, "Qarabağ"la görüşdə 3 xal qazansaydıq, bu, başlanğıc nöqtəsi ola bilərdi. Biz sonra növbəti matçda xal toplaya bilərdik, amma indi daha çətin vəziyyətdəyik”.

Qeyd edək ki, "Benfika" 2-ci tur çərçivəsində bu gün "Çelsi"nin qonağı olacaq.

saytlarin hazirlanmasi

Seçilən
13
4
sportal.az

5Mənbələr