AZ

Paşinyandan Qərbə və Rusiyaya MDB MESAJI: Nikolun gizli məqsədi nədir?

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan MDB Hökumət Başçıları Şurasının Minskdə keçiriləcək iclasına onlayn formada qatılacaq. Baş nazir Nikol Paşinyan isə toplantıda iştirak etməyəcək.

Bu addımın siyasi mesajının nədən ibarət olması ilə bağlı politoloq Fuad Abbasov KONKRET.az-a danışıb.

Fuad

Onun sözlərinə görə, Paşinyanın MDB tədbirlərində iştirakdan yayınması həm daxili, həm də xarici siyasətlə bağlıdır:

“Ölkə daxilində, xüsusilə də gənc nəsil arasında Rusiyaya qarşı mənfi münasibət güclüdür. Paşinyanı dəstəkləyən əhali Rusiya tərəfdarı deyil və Moskvanın təsirindən çıxmağı tələb edir. Paşinyanın MDB iclasında iştirak etməməsi bu auditoriyaya verilən mesajdır. Digər tərəfdən, Paşinyan hakimiyyətə gələndə Fransaya, Amerikaya, Kanadaya söz vermişdi ki, Rusiyadan uzaqlaşacaq, Qərbə inteqrasiya edəcək. Bu qərar həm də onlara ünvanlanmış siqnaldır”, – politoloq qeyd edib.

Fuad Abbasov bildirib ki, Paşinyanın bu addımı Rusiyaya da açıq mesajdır:

“Ermənistan Moskvanın təsirindən çıxmaq istədiyini göstərir. Amma bu, daha çox taktiki addımdır. Strateji planda Ermənistan hələ də iqtisadi, siyasi və hərbi baxımdan Rusiyadan asılıdır. Ona görə də MDB iclasında iştirak etməmək Rusiyadan tam imtina demək deyil. Moskva da bunu yaxşı anlayır”.

Politoloqun sözlərinə görə, yaxın perspektivdə Ermənistanın MDB-dən çıxması real görünmür:

“Bu, yaxın gələcəkdə mümkün deyil. Amma uzunmüddətli perspektivdə Ermənistan MDB tədbirlərindən tam imtina edə, hətta təşkilatdan uzaqlaşa bilər”.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
4
1
konkret.az

2Mənbələr