AZ

Paşinyan etiraf etməli və BMT-də diz çökərək üzr istəməli idi - Deputat

“BMT-dəki çıxışı öncəsi bəlkə də kimlərinsə qarşısında Azərbaycanla konflikt potensialını saxlamaq öhdəliyini götürən Ermənistanın baş naziri o kürsüdən Azərbaycan Prezidentinin "kapitulyasiya" və "Zəngəzur dəhlizi" ifadələrinə irad bildirərkən bu reallığı unutmamalıdır”.

Ölkə.az xəbər verir ki, bunu deputat Sahib Alıyev Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Deputat qeyd edib ki, iki ölkə arasında sülh istiqamətində mühüm addımlar atıldığı bir vaxtda, normal məntiqə görə, sələflərinin yolunu davam etdirərək Azərbaycana qarşı hərbi cinayətlər törədən, dinc şəhərlərə bomba atdıran, raket zərbələri endirən Nikol Paşinyan böyük cinayət işlədiyini etiraf etməli, elə həmin BMT-də diz çökərək üzr istəməli və bağışlanmasını diləməli idi:

“Ötən şənbə və bazar günləri Gəncədə cənab Prezident və hörmətli Mehriban xanım Əliyevanın ağuşlarına basaraq əzizlədikləri, birinci xanımın əsl ana mehri göstərdiyi o uşaqlar məhz Paşinyanın əmri ilə 2020-ci il 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində Gəncəyə raket zərbələri endirilərkən şəhid olmuş valideynlərin övladları idi”.

Deputat əlavə edib ki, Paşinyan bir müddət əvvəl ölkəsindəki müxalifəti qınayaraq, “siz mənim 5-6 dəfə kapitulyasiyaya imza atdığımı deyirsiniz, amma bu, bir dəfə olur” sözlərini işlətmişdi:

“Yəni özü etiraf edirdi ki, bəli, bir dəfə kapitulyasiya aktına imza atıb. İndi cənab Prezident həmin faktı xatırladanda görəsən niyə özünü incimiş kimi göstərir? Paşinyan da, ölkəsinin hər bir vətəndaşı da yaxşı anlayır ki, necə adlandırılmasından asılı olmayaraq Azərbaycanın böyük məkr və ədalətsizliklə ayrılmış iki hissəsini birləşdirən yol Zəngəzurdan keçir və bu yol Zəngəzur dəhlizidir. Hətta Qacarandakı Zəngəzur mis-molibden kombinatı da bu adda beynəlxalq status qazanıb. Bəlkə, elə həmin kombinatın da adını dəyişdirsinlər?”

Deputat sonda bildirib:

“Paşinyanın ‘Zəngəzur dəhlizi’ ifadəsini azərbaycanlıların qədim yurd yerlərinə qayıtmaq istəyini ərazi iddiası kimi qələmə verməsi cəfəngiyyatdır. Proseslərin gedişi göstərir ki, necə Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın tələbləri yerinə yetirilirsə, bir gün bizim öz doğma yurdumuza dinc qayıdış istəyimiz də o cür reallaşacaq. Zəngəzur dəhlizi həm də azərbaycanlıların yaşadığı kəndlərdən keçəcək”.

Seçilən
17
1
olke.az

2Mənbələr