AZ

Azərbaycan atıcısı III MDB Oyunlarının üçüncüsü oldu

Azərbaycan atıcısı Daniyella Ulanova III MDB Oyunlarında üçüncü yeri tutub.

İdman.biz xəbər verir ki, o, stend atıcılığı ("skeet" növü) yarışlarında bürünc medal qazanıb.

İlk iki pilləni müvafiq olaraq rusiyalı idmançılar Elizaveta Evgrafova və Daria Lekomtseva tutub.

Qeyd edək ki, atıcılıq yarışlarına oktyabrın 1-də yekun vurulacaq.

İdman.biz

Seçilən
26
2
idman.biz

3Mənbələr