AZ

Siyavuş Novruzov: “Elə xəstəxana var ki, hotel qiymətinədir”

"Azərbaycanda icbari tibbi sığorta ilə bağlı böyük addımlar atılır. Mərhələ-mərhələ də təkmilləşdirilməsinə ehtiyac var. Birincisi, sənədləşdirmə işi ilə bağlıdır. Müalicəyə gedir bu insan, oradan sənəd gətir, buradan sənəd apar... Elə bir mexanizm seçilməlidir ki, avtomatik öz həllini tapsın və vətəndaşımız xəstəxana ilə aidiyyəti qurum arasında uzun müddət qalmasın".

Poliqon xəbər verir ki, bunu Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

"İcbari tibbi sığortada bir problem ortaya çıxır. Burada xəstəxana xərci nəzərdə tutulmur. Bu gün elə xəstəxana var ki, xəstəxanada qalmaq qiyməti hotel qiyməti ilə eynidir. Xəstəni də əməliyyat edən kimi deyə bilməzsən ki, dur evə get. Ən azı 1, 2, 3 gün qalmalıdır. Sonrakı vaxtda qalmaq istəyirsə, öz hesabına qala bilər. Yəni bu, icbari tibbi sığortaya daxil edilməlidir. Bir hissəni biz ödəyirik, əməliyyatı və ya həkimin xərcini, lakin elə olur ki, xəstəxana xərci əməliyyat xərcini ötüb keçir. Hesab edirəm ki, gələcəkdə bu, qanunvericilikdə öz əksini tapmalıdır", - deyə deputat qeyd edib. ("Qafqazinfo")

Poliqon.info

Seçilən
15
4
poliqon.info

8Mənbələr