AZ

Azərbaycan və Türkiyə süni intellekt sahəsində güclərini birləşdirdi  - Türkiyə mətbuatı yazır 

Süni İntellekt Siyasətləri Assosiasiyası (AlPA) ilə Azərbaycan Dördüncü Sənaye İnqilabının Təhlil və Koordinasiya Mərkəzi (4SİM) arasında süni intellekt ekosisteminin gücləndirilməsi məqsədilə əməkdaşlıq protokolu imzalanıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, dərnək açıqlamasında Türkiyənin süni intellekt sahəsində ilk rəsmi qeyri-hökumət təşkilatı olan AlPA ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən 4SİM-in Türkiyə ilə Azərbaycan arasında süni intellekt ekosistemini gücləndirmək üçün əməkdaşlığa başladığını bildirib.

Açıqlamada bildirilib ki, regionun innovativ sahibkarlarını bir araya gətirən Bakıda keçirilən “INMerge İnnovasiya Zirvəsi” çərçivəsində “Türkiyə-Azərbaycan Süni İntellekt Ekosisteminin Gücləndirilməsi üzrə Əməkdaşlıq Protokolu” AlPA sədri Zəfər Küçükşabanoğlu və 4SİM-in prezidenti Fariz Cəfərov tərəfindən imzalanıb.

Açıqlamada fikirləri yer alan Küçükşabanoğlu, AIPA-nın Türkiyənin süni intellekt potensialını dünyaya nümayiş etdirmək üçün son 5 ildə 10-dan çox beynəlxalq səfər etdiyini bildirib.

Küçükşabanoğlu, süni intellektin iqtisadiyyat, enerji və təhsil başda olmaqla həyatın hər sahəsini dəyişdirdiyini və bu texnologiyanın bütün dünyanın maraqlanması lazım olan bir mövzu olduğunu bildirib.

Küçükşabanoğlu, transformasiya dövrünün başladığı bu dövrdə beynəlxalq işbirliklərinin əhəmiyyətini vurğulayaraq qeyd etdi:

"Qardaş ölkəmiz Azərbaycanda rəqəmsal transformasiya üzrə aparıcı qurum olan 4SIM ilə əməkdaşlıq protokolu imzalamaqdan məmnunuq. Bu protokol iki ölkə arasında süni intellekt sahəsində bilik mübadiləsini, eləcə də bu sahədə birgə müəssisələri asanlaşdırmaq məqsədi daşıyır. Biz hər iki ölkənin 2030-cu ilə qədər yaradılacaq təxminən 15,7 trilyon dollarlıq süni intellekt pastasından pay almasını təmin etmək üçün birlikdə çalışacağıq və beləliklə, hər iki ölkə güclənəcək".

Seçilən
27
manset.az

1Mənbələr