AZ

Pakistanda dəhşətli terror aktı: Çoxsaylı ölən var

Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərində baş verən güclü partlayış nəticəsində azı 10 nəfər həlak olub, 32 nəfər isə yaralanıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə məlumatı Dawn qəzeti əyalətin səhiyyə departamentinə istinadən yayıb.

Hadisədən dərhal sonra şəhərdəki tibb müəssisələri yüksək hazırlıq vəziyyətinə gətirilib, yaralılara təcili tibbi yardım göstərilir.

Eyni zamanda, Geo TV telekanalı partlayışın bir kamikadze tərəfindən törədildiyini bildirib. Məlumata görə, hücumu əvvəllər “Təhrik-i-Taliban Pakistan” kimi tanınan və hazırda “Fitnə əl-Xəvaric” adı ilə fəaliyyət göstərən ekstremist qruplaşma təşkil edib.

Hazırda hadisə yerində araşdırmalar aparılır, təhlükəsizlik qüvvələri ərazini nəzarətə götürüb. Hücumun motivləri və məqsədləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Seçilən
6
veteninfo.az

1Mənbələr