AZ

Paşinyan: Ermənistan islahatları ilə Avropa standartlarına uyğunlaşır - ÖZƏL

Olaylar.az xəbər verir ki,  Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkədə həyata keçirilən islahatlar nəticəsində Ermənistan Avropa İttifaqının standartlarına uyğunlaşacaq, hətta təşkilata qəbul edilməsə belə. "İslahatlarımız Avropa İttifaqının standartlarına uyğun olduğu zaman iki yolumuz olacaq: ya bizi Avropa İttifaqına qəbul edəcəklər, ya da bizdə Avropa standartlarına uyğun qaydalar olacaq", - deyə Paşinyan Strasburqda keçirilən Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxışı zamanı qeyd edib.
Xatırladaq ki, martın 26-da Ermənistan parlamenti ikinci və yekun oxunuşda respublikanın Avropa İttifaqına üzv olmaq prosesinə başlamaq barədə qanunu qəbul edib. Paşinyan vurğulayıb ki, bu qərar ölkənin avtomatik olaraq Aİ-yə qoşulması demək deyil və məsələ referenduma çıxarılmalıdır. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə əlavə edib ki, sözügedən qanun layihəsi kifayət qədər imza toplayan ictimai təşəbbüs nəticəsində gündəmə gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr