AZ

Ədalət Partiyasından kütləvi istefalar başladı 950 nəfərlik rayon təşkilatı fəaliyyətini dayandırdı, Ədliyyə Nazirliyinə müraciət etdi

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Ədalət Partiyasının sədri İlyas İsmayılovun dünyasını dəyişməsindən sonra sözügedən siyasi təşkilatla bağlı qalmaqallar səngimək bilmir. 

May ayında partiyanın qurultayı keçirilsə də, İlyas İsmayılovdan sonra sədr səlahiyyətlərini həyata keçirmiş Ali Məclisin sədri Meydan Babayev, eləcə də sədrlik iddiasında olan sədr müavini Vüsalə Dadaşova və Siyasi Şura üzvü Elçin Qurbanov qurultayın legitim əsaslarla təşkil edilmədiyi iddiasıyla öncədən istefa veriblər. Onlar istefalarını bununla əsaslandırıblar ki, hökumətin müəyyən strukturları təşkilatın fəaliyyətinə aşkar müdaxilə edərək, partiya sıralarından uzaqlaşdırılmış sədr müavini Mütəllim Rəhimovu partiyaya sədr gətirmək istəyirlər. Mayın 17-də keçirilən qurultayda isə Mütəllim Rəhimov, həqiqətən, Ədalət Partiyasının sədri seçilib.

Bugünlərdə isə ADP sədri Sərdar Cəlaloğlu “Hürriyyət” televiziyasına müsahibəsində Ədalət Partiyası daxilində baş verənlərə münasibət bildirərək, bu partiyanın qurultayının “Siyasi partiyalar haqqında” qanuna müvafiq keçirilmədiyini iddia edib və hətta araşdırma aparılması üçün Ədliyyə Nazirliyinə çağırış da edib.

Artıq ADP sədrinin bu çağırışına Ədalət Partiyasının özündən də ciddi dəstək gəlib. "AzPolitika.info"-ya daxil olan məlumatalara görə, Ədalət Partiyasının ən böyük rayon təşkilatlarından biri – 950 nəfər üzvü özündə cəmləşdirən Mingəçevir təşkilatının təmsilçiləri siyasi fəaliyyətlərini dayandırdıqları haqda qərar qəbul ediblər və adlarının Ədalət Partiyasının adlı siyahısından çıxarılması, araşdırma aparılması üçün Ədliyyə Nazirliyinə və Respublika Prokurorluğuna müraciət ünvanlayıblar.

Bu haqda redaksiyamıza məlumat verən Ədalət Partiyasının Mingəçevir təşkilatının üzvü Xəyal Məmmədov Ədliyyə naziri Fərid Əhmədova ünvanladığı ərizəsinin surətini də təqdim edib.

X.Məmmədov ərizəsində göstərib ki, siyasi fəaliyyətini dayandırmasına baxmayaraq, hələ də adı Ədalət Partiyasının Ədliyyə Nazirliyinə təqdim etdiyi adlı siyahıdan çıxarılmayıb.

"AzPolitika.info"-ya çatan məlumata görə, eyni hal Ədalət Partiyasının digər rayon təşkilatlarında da baş verir – üzvlər yeni sədr Mütəllim Rəhimovu köhnə siyahıları Ədliyyə Nazirliyinə təqdim etməkdə və dövlət qurumunu aldatmaqda suçlayırlar. Onların iddiasına görə, İlyas İsmayılovun dünyasını dəyişməsindən sonra üzvlərin bir çoxu bu partiyadan aralanıblar və partiyanın legitim əsaslarda formalaşmış rəhbərliyi olmadığından, istefa ərizlərini təqdim etməyiblər.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
azpolitika.info

1Mənbələr