Tokioda keçirilən tennis üzrə ATP500 turniri başa çatıb.
Offsideplus.az xəbər verir ki, həlledici qarşılaşmada Karlos Alkaras və Teylor Frits üz-üzə gəlib.
Alkaras rəqibinə şans verməyib - 6:4, 6:4.
O, bu mövsümkü 8-ci titulunu qazanıb.
22 yaşlı tennisçinin ümumilikdə isə 24 kuboku var.
Karlosun növbəti istiqaməti Şanxay olacaq. O, burada növbəti "Masters" titulunu qazanmağa çalışacaq.